“Əsgərə xatirə kitabı” layihəsi şəhid və qazi ailələrini ziyarət edib

A1296b1b f435 4267 a514 33a28938df04 0.jpg

“Əsgərə xatirə kitabı” layihəsi çərçivəsində respublikanın müxtəlif regionlarımnda Novruz bayramı münasibəti ilə tədbirlər keçirilir.

“Əsgərə Xatirə Kitabı”nın Layihə rəhbəri Nuranə Şixəliyeva bildirib ki, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Vətən uğrunda canından keçənlər, onların ailələri daim yad olunur.

Belə ki, Sabirabad rayonunda keçirilən tədbirdə şəhid və qazi ailələri ziyarət edildi. Vətən müharibəsində iştirak etmiş Səid Rəsulov, Sabirabad rayonu üzrə könüllü fəxri nümayəndəsi, rayonun Qaragüney kənd sakini fəal gənc Əhmədov Məhəmməd Vaqif oğlu, Sabirabad rayonun Nizamikənd, Poladtuğayı, Minbaşı,Qasımbəyli,Qalağayın və Ətcələr kəndində 44 günlük müharibədə canlarını fəda edən Şəhidlərimizin ailələrini ziyarət edərək onlara Əsgərə Xatirə layihəsinin bayram sovqatını təqdim ediblər.

Dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etməyin və şəhidlərimizin xatirəsini əziz tutmağın hər kəsin vətəndaşlıq borcu olduğu qeyd olunub, bundan sonra da Vətən müharibəsi şəhidləri, qaziləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirəcəklərini, onları ziyarət edəcəklərini qeyd ediblər.