Eşq ismarıclarına görə fanatını məhkəməyə verdi

255413 x5qtyzdfty.jpg

Türkiyəli müğənni Hakan Peker pərəstişkarını məhkəməyə verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 34 yaşlı Tuğba adlı xanımdan şikayətçi olub. Sosial şəbəkədən 480 hesab açaraq müğənniyə eşq ismarıcları göndərib.

Qarşı tərəfdən qarşılıq almadıqda isə təhqir və tənqid edən Tuğbanın 13 il 11 ay həbsi tələb olunur.