Evdə nəzarətsiz qalan uşağın əli ətçəkən maşında qalıb

A0ae1557165089851314326020210497244.jpg

Şəmkirdə bədbəxt hadisə baş verib.

Hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Z.Məmmədova evdə nəzarətsiz olarkən əli ətçəkən maşında qalıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Uşağın sol əli biləkdən amputasiya edilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. (“Qafqazinfo”)