Faiq Ağayev niyə ailə qurmamasından danışdı

8fb5f8be165537201438234383510914954.jpg

Xalq artisti Faiq Ağayev evlənməməyinin səbəbini açıqlayıb.

Sənətçi bu haqda “Sözbaz” proqramında danışıb.

Bu haqda suala Ağayev “Sevgi hər zaman ailəyə gətirmir. Elə sevgi var ki, səni dəli edir, gözünü bağlayır, ailə nədir, özünü yaddan çıxarırsan. Bu sənətdə olmasaydım, ailə tez olacaqdı. Yaxşı ki, bu sənətdəyəm. Ailəcanlıyam. Hay-hayım gedib, vay-vayım qalıb. 50 yaşım var, bundan sonra nə evlilik” cavabını verib.

Qeyd edək ki, F.Ağayev bir dəfə evli olub. Nigar adlı xanımla ailəli olan Ağayev cəmi 2 il evli qalıb.