“Fantomas”ın aktyoru vəfat etdi

260679 c6p62b6cc6.jpg

Avstriyalı aktyor Helmut Berger vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 78 yaşlı aktyor doğma şəhəri Salzburqda dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, aktyor “Fantomas”, “Tanrıların ölümü”, “Lüdviq”, “İnteryerdə ailə portreti”, “Xaç atası 3” kimi məşhur filmlərdə rol alıb.