FHN-nin amfibiya tipli təyyarəsi Masallıda qəza enişi edib

3c565485166101130530208377910847010.jpg

Bu gün Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib. Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.