Fidan Bişkekə gedir

1704719545 Sayin Bakanimizin Guney Kafkasya Bolgesel Isbirligi Platformu Toplantisi Na Katilmasi 23 10 2023 Tahran.jpg

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstana səfər edəcək.

Bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat yayılıb.

Qeyd olunub ki, sabah baş tutacaq səfər Fidanın qırğızıstanlı həmkarı Ceenbek Kulubekovun dəvəti ilə reallaşır. Keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr müzakirə ediləcək.

Həmçinin regional və beynəlxalq gündəlik ətrafında da fikir mübadiləsi aparılacaq.