Fransa və Ukrayna təhlükəsizlik haqqında saziş imzalamaq niyyətindədir

5e68f538 5602 3f4f A722 809d332ccd3d 850.jpg

Fransa və Ukrayna NATO-nun Vilnüs sammitindən sonra üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq yaxın həftələrdə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq niyyətindədir.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirdiyi mətbuat konfransında deyib.

“Avropalı və britaniyalı tərəfdaşlarımızla sıx təmasdayıq. Yaxın həftələrdə hazır olacaq ikitərəfli sazişi yekunlaşdırırıq. O, zəmanət (təhlükəsizlik – red.) elementlərini ehtiva edir”, – dövlət başçısı qeyd edib.