Gədəbəydə sürücü yolu keçməyə çalışan azyaşlını vurdu

FotoJet 34.jpg

Gədəbəydə azyaşlını avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə rayonun Gərgər kəndində qeydə alınıb. Minik maşını yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü Peyman Musalını vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.