Gələn il bu müəllimlər sertifikasiyadan keçəcək – Nazir AÇIQLADI

1701348535 1693401590 168415184061166027864621e207a560.jpg

Gələn il 31 min müəllimin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur.

Bunu media üçün brifinqdə Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, riyaziyyat fənni üzrə 11 min 290, Azərbaycan dili üzrə 1284, ingilis dili üzrə 12 min 35, rus dili (Azərbaycan bölməsi) və rus dili və rus ədəbiyyatı (rus bölməsi) üzrə 5868, alman dili üzrə 236, fransız dili üzrə isə 322 min müəllimin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, prosesin iyul ayının son 10 günlüyündə keçirilməsi planlaşdırılır.

Artıq ölkəmizdə 32 min müəllim sertifikatlaşdırma prosesində iştirak edib.