Gəncədə 14 yaşlı qız dəm qazından zəhərləndi

671cffe5 d8d4 3955 862d 2e2eb2aee8e3 850.jpg

Gəncədə azyaşlı qız zəhərlənib.

APA xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Aysel Süleymanova yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

14 yaşlı qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.