Gəncədə avtobusun vurduğu qadın xəstəxanada ölüb

Df06c146582ae8b34fc3bbcd35352ff6 82405 22.jpg

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 saylı xətt üzrə işləyən “Hyundai” markalı avtobus yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı Dünya Həsənovanı vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.