Gəncədəki universitetlərdən birində təhsil alan türkiyəli tələbə zəhərlənib.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Ebru Halitoğlu gecə saat 2 radələrində Məhrəsə bağ sahəsindəki evdən xəstəxanaya aparılıb.
Ona ilkin yardım göstərilib və həyatına təhlükə olmadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.





