Gəncədə və Ağstafada dəm qazından zəhərlənmə olub

Bf25356f16487069609006703381055371.jpg

Gəncədə zəhərlənmə qeydə alınıb.

Hadisə şəhərin İsrafil Məmmədov küçəsində baş verib.

2001-ci il təvəlldlü Əliyev Kamil zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.

Digər dəm qazından zəhərlənmə isə Ağstafada baş verib.

Rayonun Dağkəsəmən kənd sakini 1990-ci il təvəllüdlü Səbinə Xudaverdiyeva zəhərlənmə ilə xəstəxanaya çatırılıb.

Dərhal qadına lazımi tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.