Generalın polis qardaşı vəfat etdi

337449411 3200217270271852 8305397079776211849 n.jpg

Uzun illər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmiş, son olaraq Xətai Rayon Polis İdarəsində bölmə rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Aydın Musayev dünyasını dəyişib.

Avtor.az “Qafqazinfo”a istinadla xəbər verir ki, o, Bakı şəhərində xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, A.Musayev DTX-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, hazırda DSX-də çalışan general Hafiz Musayevin qardaşıdır.