“Google” ABŞ küçələrində artırılmış reallıq eynəklərini sınaqdan keçirməyə başlayacaq.
Bu barədə şirkət məlumat yayıb.
Qeyd edilib ki, eynəklərin prototipi ictimai yerlərdə və dövlət müəssisələrində sınaqdan keçiriləcək.
Proses zamanı tərcümə və videoçəkiliş funksiyasının yeni cihazda real şəraitdə necə işləyəcəyi yoxlanılacaq.
İddialara görə, sınaq planlarını açıq elan etməklə şirkət məxfilik problemlərinin qarşısını almağa çalışır.



