Göygöl şəhərinin içməli su ilə bağlı yaranmış problemi aradan qaldırılır

318727439 157638597000727 6082422878187280893 n.jpg

Göygöl şəhərinin içməli su verilişinin bərpası ilə bağlı su xəttinin Toğanalı kəndi ərazisindən keçən d-450 mm plastik magistral hissəsi Göygöl rayon Sukanal idarəsi tərəfindən bərpa olunur.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev görülən işlərlə yerində tanış olub, tapşırıq və tövsiyələrini bildirib. Hal-hazırda şəhərə içməli suyun verilişi qismən bərpa olunub, təmir işləri davam etdirilir.