Hazırda “Destan” serialında rol alan aktrisa Ebru Şahin son paylaşımı ilə hər kəsi təəccübləndirib.
Aktrisa Nişantaşında getdiyi gözəllik mərkəzlərindən birində soyuq otaq prosedurundan istifadə edib. Şahin mənfi 103 dərəcədə 3 dəqiqə dözüb.
Qeyd edək ki, sözügedən prosedurdan Cennifer Eniston, Rihanna və Cennifer Lopez kimi məşhur ulduzlar da istifadə edir.

