ABŞ-ın “OpenAI” şirkəti gələn həftə GPT-4 adlı süni zəka çatbotunu istifadəyə verməyi planlaşdırır.
Bu barədə “Techmonitor” nəşri məlumat yayıb.
Bildirilir ki, şirkətin ən son təqdim etdiyi GPT-3.5 modeli 175 milyard parametrləri özündə cəmləşdirib. GPT-4 isə bundan dəfələrlə çox, 10 trilyon parameterə malik ola bilər.
GPT-4, həmçinin multimodal süni zəka texnologiyası olacaq. Bu o deməkdir ki, qeyd olunan çarbot əvvəlki versiyalardan fərqli olaraq yalnız mətnlər yox, video, şəkil və səs kimi bir çox məzmun üzərində işləyə biləcək.
“Digitaltrends” nəşri yazır ki, məsələn, GPT-4 telefon danışıqlarını avtomatik mətnə çevirəcək və şirkətlər telefon danışıqlarını mətnə çevirən zaman istifadə edilən böyük resurslara qənaət etmiş olacaq.
Yeni çatbotun, həmçinin illüstrasiyalı kitablar, film səhnələri və s. hazırlaya biləcəyi qeyd olunur.



