Gülüstan Əliyeva evlilik iddialarına cavab verdi

254719 muavns7gmg.jpg

Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

Xanəndənin Emin Xıdırov adlı gənclə yayımladığı şəkil birmənalı qarşılanmayıb.

Əliyevanın “Sevilmək sevməkdən gözəldir, öyrəndim…” sözlərinə insanlar müxtəlif şərhlər yazıb. Bir çoxları müğənninin ailə qurmağa hazırlaşdığını, fotodakı şəxslə eşq yaşadığını yazıb.

G.Əliyeva Axşam.az-a açıqlama verərək, məsələyə aydınlıq gətirib. O, yazılanlara təəccübləndiyini gizlətməyib:

“Oğlan modeldir, klipimdə çəkilib. Mən də klipdən anons paylaşdım. İnsanlar bilmir ki, nə yazsın”.