“Günə 60 ton məhsul verən təsərrüfat indi istehsalı 18 tona kimi azaldıb”

Fermer sudunu sata bilmir satsa da pulunu ala bilmir xp 18 05 2022 11 28 40 176.jpeg

Hal-hazırda xam südün qiyməti artır. May ayının 15-dən Türkiyə südə dəstək proqramını qəbul edib. Xam südün bir litrinin istehsalına dövlət 11 qəpik dəstək verir. Türkiyədə fermerlər hökumətlə südün maya dəyərini 82 qəpik razılaşdırıb.

Bu barədə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları“ Birliyinin sədri Samir Eyyubov məlumat verib

Dövlət də bahalaşmadan qaçmaq üçün fermerə 3 qəpik marja yeri ayırıb. Azərbaycanda isə hazırda süd ehtiyatları kəskin şəkildə azalır. Fermerlər süd istehsalında maraqlı deyil. Bu isə o deməkdir ki, qiymətlər 85 qəpiyə qalxacaq. Baxın, Türkiyə süd emalçısı da südü 85 qəpiyə alacaq, Azərbaycanda yerli emalçı da. Amma orada dövlət istehsala 11 qəpik dəstək verir, bizdə isə verilmir. Nəticədə, Türkiyə südü bizim məhsuldan daha ucuz olacaq. Eyni qayda Belarus, Rusiya, İran, Gürcüstan məhsullarına da aid ola bilər. Ona görə də bizim dövlət olaraq ayrıca onillik südçülük proqramımız olmalıdır. Nəyə görə?

“Günə 60 ton məhsul verən təsərrüfat indi istehsalı 18 tona kimi azaldıb”

Hər il ölkədə süd istehsalında kəskin valotillik olur. Yəni, qış aylarında qiymət artır, yay aylarında qiymət ciddi şəkildə enir. Bu, nə emalçıya, nə də fermerə sərfəlidir. Üç ay məhsulu zərərlə satan fermer südü azaltmaq üçün heyvana daha az yem və vitamin kompleksləri verməyə başlayır. Amma heyvanın yenidən məhsuldarlığını artırmaq üçün 6 ay vaxt lazımdır. Yəni, normal məhsuldarlıq proqramı qura bilmirik. Günə 60 ton süd verən təsərrüfatlarımız var. Bu gün həmin təsərrüfat 18 ton məhsul verir. Fermerin yem almağa vəsaiti çatmır. Ona görə də heyvanların sayını və onların rasionunu azaltmağa məcbur olur.

“Fermer südünü sata bilmir, satsa da pulunu ala bilmir”

Bu gün fermer südün satışı problemi ilə rastlaşmamalıdır. O bilməlidir ki, onun südü qapısında qalmayacaq. O düşünməməlidir ki, “sabahkı südü kimə verəcəm, neçəyə satacam, onun pulunu nə vaxt alacam?”. Bu yükü onun çiynindən götürmək lazımdır. Fermer bu gün verdiyi südün pulunu 3 aydan sonra alır. Bəs, fermerin o qədər vəsaiti hardandır? Kredit götürə bilər. Amma bu da əlavə xərc tələb edir. Fermerlər üçün müxtəlif aşağı faizli kredit təklifləri ola bilər. Yenə də hər fermer bu kreditlərdən istifadə edə bilmir və ya etmək istəmir. Deyir, südü satmışamsa bir həftə ərzində mənim pulum köçürülsün. Dövlət burada fermerə dəstək ola bilər. Fermerin bu gün istehsal etdiyi südün bir-iki gün ömrü var. Həm saxlama yeri yoxdur, həm də xarab olur.

APA

Etiketlər