Gürcüstanda 83 yaşlı azərbaycanlı kişi itkin düşüb

D3a03b46167350542868759757910574136.jpg

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani bələdiyyəsinin Nəzərli kənd sakini, 83 yaşlı Aslanpaşa Mövlayev itkin düşüb.

Bu barədə onun ailə üzvləri məlumat veriblər. Bildirilib ki, o, yanvarın 5-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun səhhətindəki problemlər səbəbi ilə insanları tanımaqda çətinlik çəkdiyi qeyd olunub.

Hazırda həm yaxınları, həm də Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.