Hacı Şahinin YouTube kanalına haker hücumu olub

1712336752 Mg 20240405 Wa0097.jpg

Mərhum ilahiyyatçı alim Hacı Şahin Həsənlinin youtube kanalı haker hücumuna məruz qalıb.

Bu barədə Hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunub:

“Əziz dostlar! Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır. Artıq Youtube kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək”.