Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
“Qafqazinfo”nun məlumatına görə, mərhum əsgərimiz doğulub boya-başa çatdığı Xızı rayonunun Sitalçay kəndində dəfn edilib.
Dəfn mərasimində əsgərin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, onun ölümü ilə bağlı hazırda istintaq davam etdirilir.





