Həmin piyada keçidi sökülür

337673856 131142519918856 8278932987123818758 n.jpg

Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata əsasən, Şəhərsalma və Arxitektura Komitəsi keçidin sökülərək əvvəlki vəziyyətinə qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib.

Qeyd edək ki, hazırda bura yaxın ərazidə, Odlar Yurdu Universitetinin qarşısında işıqforla tənzimlənən “zebra” keçidi var.

Xatırladaq ki, sözügedən keçidin tikintisi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Qeyd edilirdi ki, tikinti rəsmi icazə olmadan aparılır və ümumiyyətlə belə bir keçidə ehtiyac yoxdur.