“Hər il aldadılıram”

Irem1.jpg

Açıqlamaları və şəxsi həyatı ilə tez-tez gündəmdə olan İrem Derici yenidən sosial mediada müzakirələrə səbəb olub.

İbrahim Tatlısəsin proqramında qonaq olan müğənni “Keçən il burada aldandığımı etiraf etdim. Allah sizi inandırsın, yenə aldandım”,- sözlərini deyərək gülüb.

Tatlısəs isə eşitdiklərinə təəccüblənərək “Aldadan özünü aldadır”,-deyib. Daha sonra İrem Derici “365 gündə heç nə dəyişmədi, bu onların öz axmaqlığıdır, amma məni aldadırlar”,- sözlərini əlavə edib.

İbrahim Tatlısəsin “Dərsini aldınmı?” sualını isə müğənni “Ala bilmədim. Qardaşım İbrahimdən məsləhət alacam, hər yeni ildə eyni problem olur, heç nə dəyişmir. 2024-cü ildə də belə olacaq?”,-deyə cavablandırıb.