Hərbi Prokurorluq Dağkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb

898e46df 860f 437f ba3b bd1249a2e5c7 850.jpg

Hərbi Prokurorluq Dağkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabrda erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır.