Hulusi Akar koronavirusa yoluxub

4ef1477d164416284022985474910782572.png

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Mənim COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və lazımi tədbirləri görərək işimizi davam etdiririk”, – nazir bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.