İhsanoğlu: Hər kəs Azərbaycanın yanında olmalıdır

1678442658 thumbs b c ed7dba68dc3b0f3b9fa14e29946ae556.jpg

Bakı Qlobal Forumunun İslam dünyası üçün xüsusi yeri var. Burada önəmli insanlar bir sıra problemli məsələləri həll etmək üçün müzakirələr aparırlar.

Bunu AZƏRTAC-a müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu deyib.

Türkiyənin Azərbaycanın Qarabağ məsələsində mövqeyini daim dəstəklədiyini vurğulayan sabiq Baş katib qeyd edib:

“İnanırıq ki, yurd-yuvasından didərgin düşmüş insanlar tezlikdə öz evlərinə qayıdacaqlar. Fikrimcə, hər kəs bu məsələlərdə Azərbaycanın yanında olmalıdır, çünki gələcəkdə onlar Azərbaycanın köməyinə möhtac olacaqlar”.