İki ölkə arasında əməkdaşlıq strateji səviyyəyə çatıb

Daa96d96166495753168223934510802421.jpg

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İki ölkə arasında diplomatik əlaqələr 5 iyun 1992-ci ildə qurulmuşdur. Ötən dövr ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır. İki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə çatmışdır. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür.

Cənub Qaz Dəhlizinin malyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. “Şahdəniz” yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Ötən dövr ərzində iki ölkə arasında enrgetika, nəqliyyat, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və humanitar sahələrdə o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq inkişaf etmişdir. Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı- Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır.

Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarın giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır. Eyni zamanda, Bakı–Sofiya istiqamətində birbaşa hava reyslərinin iki ölkə arasında turizm mübadilələrinin artırılmasına səbəb olduğu qeyd edilərək, bu istiqamətdə əlavə dinamikaya təkan verilməsi üzrə atıla biləcək addımlar müzakirə edilib. ikitərəfli əlaqələrin elm, təhsil, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini, bu əlaqələrin inkişafında Bakı Slavyan Universitetinin böyük rolu olduğunu, universitetdə bolqar dilinin müvəffəqiyyətlə tədris edildiyini qeyd etmək lazımdır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı