İlham Əliyev Sərəncam imzaladı

Ilhameliyev1 4.jpg

Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.