İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

1781612082644788469 1200x630 6a31405a8b3af


İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Jetten arasında telefon danışığı olub.

Bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.

Redaksiya paylaşımı təqdim edir: “Bu gün Niderlandın Baş naziri Rob Yetten (@MinPres) mənə telefon zəngi etdi. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi apardıq və mən Niderlandın bölgədə dayanıqlı sülhə və sabitliyə verdiyi dəstəyə görə məmnunluğumu bildirdim”.