İlon Mask adını dəyişdi

Img 20250103 Wa0005.jpg

Donald Trump-a verdiyi dəstək və atdığı hər addımla gündəmdən düşməyən İlon Mask, bu dəfə X platformasında adını dəyişməsi ilə diqqət çəkdi.

İlon Mask X-də adını “Kekius Maximus” olaraq dəyişdirdi.

Musk, profil şəklini də ümumiyyətlə ifrat sağçı qruplar tərəfindən istifadə edilən Pepe adlı qurbağaya dəyişib.

5 noyabrda yenidən ABŞ prezidenti seçilən və 20 yanvarda vəzifəsini Joe Biden-dən təhvil alacaq Donald Trump-a yaxın olan Musk-ın bu addımından sonra, əsasən internet zarafatlarına əsaslanaraq yaradılan memecoin başda olmaqla bəzi kriptovalyutalar dəyər qazandı.

“Kekius” sözünün rəqəmsal oyunsevərlər arasında “yüksək səslə gülmək” mənasını verən “kek” sözünün Latın versiyası olduğu düşünülür. Bu ifadə də ifrat sağçı qruplar tərəfindən istifadə olunur.

“Kek” eyni zamanda başı əsasən qurbağa olaraq təsvir edilən qədim Misirin qaranlıq tanrısının da adıdır.

“Maximus” isə Gladyator filmində Rassel Krovun canlandırdığı Maximus Decimus Meridius obrazı ilə əlaqələndirilən bir addır.