İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə təlimlər keçirilib

436379322 843957594438832 3166153084088563718 N.jpg

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Türkiyənin “ALLSAFE” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində ISO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (İTİS) üzrə Baş Auditorluq təlimləri keçirilib.

Təlimlərdə dövlət qurumlarının İTİS sahəsinə məsul əməkdaşları qatılıb.

Yekun təlim günündə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və əməkdaşları da iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT sahəsi üzrə kadrların biliklərinin artırılması məqsədilə təşkil edilən bu kimi təlimlərin önəmindən bəhs edib.

Qeyd edək ki, təlimlərdə iştirakçılara təhlükəsizlik risklərinin idarə edilməsi, təhlükəsizlik nəzarətlərinin seçilməsi, İTİS-in auditi, nəzarət növləri və formaları, auditin mərhələləri və s. haqqında ətraflı məlumat verilib.

5 günlük təlimin sonunda iştirakçıların biliklərinin yekun qiymətləndirilməsi keçirilib.