İnsan əti dadı verən burger hazırladılar

1657030525 0x0 yamyam burger avrupali sirket insan tadinda et gelistirdi odul kazandi 1657008039283.jpg

Avropa şirkətlərindən biri insan ətinin dadını verən burger hazırlayıb.

News24.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, şirkətin sözçüsü bildirib ki, məhsulun yalnız dadı insan əti ilə eynidir. Onun hazırlanmasında insan ətindən yox, bitkidən istifadə olunub. Mümkün qədər realist bir məhsul yaratmaq istədiklərini ifadə edən şirkət sözçüsü “Biz insanların yemək tərzini dəyişdirmək istədik” deyib.

Şirkətin həmtəsisçisi Anders Linden mövzu ilə bağlı verdiyi açıqlamada burgerin özünü əzizləmək istəyənlər üçün hazırlandığını bildirib: “İnsanların hansı ləzzət və teksturaya malik olduğunu bilən kimi burgerimizi hazırladıq. Bu məhsulun hazırlanmasında heç kim zərər görməyib”.

İnsan əti dadlı burgerin bitki mənşəli yağlar və ədviyyatların sirli qarışığı ilə yanaşı, soya, göbələk və buğda zülalı ilə hazırlandığı öyrənilib.