“İnter” Milana 70 milyon avro qiymət qoydu

9e9a30b7165869068390953173410513857.jpg

“İnter” futbolçusu Milan Şkrinyara 70 milyon avro qiymət qoyub.

Klub 27 yaşlı müdafiəçini bu qiymətdən aşağı satmağı düşünmür. Slovakiyalı oyunçu ilə maraqlanan PSJ-nin bu məbləği ödəməyə hazır olmadığı bildirilir.

Qeyd edək ki, Şkrinyar ötən mövsüm bütün yarışlarda 48 oyuna çıxıb və 4 qol vurub.

Qol.az