İran vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı 600-ə yaxınlaşıb

39d352b016666090376876601511105987.jpg

2022-ci ilin sentyabr ayında İran vətəndaşları Türkiyədə 592 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 731 obyekt azdır.

Bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən TurkicWorld məlumat yayıb.

Məlumata görə,2022-ci ilin yanvar-sentyabr aylarında İran vətəndaşları Türkiyədə 6540 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 617 obyekt çoxdur.

2022-ci ilin sentyabr ayında Türkiyədə 113 min 402 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz azdır. Sentyabr ayında Türkiyədə əcnəbilərə 5 min 104 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azdır.