İranda son sutkada 139 nəfər koronavirusdan ölüb

82e6f7a8163334723756476937711104567.jpg

İranda ötən sutka ərzində 139 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 138 572 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 6 424 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 113 591 nəfərə çatıb.