İslamabadda mümkün terror aktları ilə bağlı xəbərdarlıq

43c65662167212798112931988210024846.jpg

Səudiyyə Ərəbistanı və Avstraliyanın Pakistandakı səfirlikləri Yeni il bayramı günlərində paytaxt İslamabadda mümkün terror aktları ilə bağlı xəbərdarlıq edib.

Avtor.az “The Express Tribune” qəzetinə istinadla xəbər verir ki, diplomatik missiyalar öz ölkələrinin vətəndaşlarını qarşıdakı günlərdə diqqətli olmağa və insanların kütləvi toplaşdığı məkanlardan uzaq durmağa çağırıb.

Bir müddət öncə ABŞ və Böyük Britaniya səfirlikləri də vətəndaşlarına analoji xəbərdarlıq etmişdi.

İslamabadın təhlükəsizlik qüvvələri dekabrın 23-də iki nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu, 2014-cü ildən bəri Pakistanın paytaxtında kamikadze tərəfindən törədilən ilk terror aktı olub. Hücumun məsuliyyətini “Təhrik-e-Taliban Pakistan” qruplaşması üzərinə götürüb.