İspaniya köhnəlmiş “McDonnell Douglas” F/A-18 qırıcılarını əvəz etmək üçün 20 ən son nəsil “Eurofighter Typhoon” sifariş edib.
Yeni “Eurofighters” Kanar adalarında yerləşən bölmələri əvəz edəcək. Müqavilə 2,04 milyard avro dəyərindədir.Yeni “Eurofighter”lərin ilk partiyasının 2026-cı ildə təhvil veriləcəyi gözlənilir. Satınalma “F / A-18 Hornet” qırıcılarının istismardan çıxarılmasını və 2025-ci ildən 2030-cu ilə qədər ən son standart “Eurofighter” qırıcıları ilə əvəzlənməsini nəzərdə tutan Halcón layihəsinin bir hissəsi kimi həyata keçiriləcək.
“Eurofighter Typhoon” dördüncü nəsil çoxməqsədli qırıcıdır. O, 1986-cı ildə İtaliyanın “Alenia Aeronautica” konsorsiumu, Britaniyanın “BAE Systems” müdafiə şirkəti və Avropa aerokosmik korporasiyası “EADS” tərəfindən yaradılıb, “Eurofighter GmbH” tərəfindən hazırlanıb və istehsal edilib.
Perspektivli bir təyyarə üzərində tədqiqatlar 1979-cu ildə başlayıb. Hazırda qırıcının seriya istehsalı davam edir. Təyyarə Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Oman, Küveyt və Qətər tərəfindən sifariş verilmişdi.





