Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 5021 müraciətə baxılıb və 2042-si təmin olunub.
Dövlət Xidmətindən bildirilib ki, nəticədə 289 min manat istehlakçılara qaytarılıb, 19 min manat dəymiş ziyan ödənilib.





