İsveç Ukraynaya əlavə hərbi texnika verə bilər

2715518c164697267831257516510275001.jpg

İsveçin Baş naziri Maqdalena Andersson Ukraynaya əlavə hərbi texnikanın çatdırılmasını istisna etmir.

Baş nazir bu barədə Avropa İttifaqı dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitindən əvvəl jurnalistlərə bildirib.

“Biz Ukraynanı hər cür dəstəkləməyə davam edəcəyik və əlavə hərbi materialların göndəriləcəyini istisna etmirəm”, – Andersson qeyd edib.

İsveç hökuməti bundan əvvəl Ukraynaya 135 min səhra payı, 5 min dəbilqə, 5 min zireh və tank əleyhinə qumbaraatan göndərib.