Jalə Əhmədova İraq Alpaqut Federasiyasının prezidenti ilə görüşüb

443714953 1051089576634497 1453472084745193973 N 0.jpg

Dünya Alpaqut Federasiyasının prezidenti olaraq Bakıda səfərdə olan İraq Alpaqut Federasiyasının prezidenti Saad Maanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüm.

İraqlı qonaqlar Saat Maan, Mushtaq Idan, Mahdi Fouad və Ali Nsaif, habelə Alpaqut döyüş sənətinin banisi Kutsan Vasif Namazov, WAF vitse-prezidentləri Emil Rəhimov və Fərid Əlizadənin iştirakı ilə keçirilən görüş zamanı alpaqutun inkişafı ilə bağlı bir sıra məsələlərə toxundum. O cümlədən İraqda Alpaqut Federasiyasının inkişafı və birgə beynəlxalq layihələrin həyata keçirilməsini müzakirə etdik.

Kifayət qədər səmərəli keçən görüşün sonunda İraq Alpaqut Federasiyasının prezidenti Saad Maan və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Alpaqut idmanının inkişafındakı xidmətlərinə görə təşəkkürnamələr təqdim etdim.

Millət vəkili Jalə Əhmədova