Fransanın Yeni Kaledoniya regionunda xidmət göstərən “Kaledoniya Hava Yolları” şirkəti (Air Caledonie) əməkdaşlarının üçdə birini ixtisar edəcək.
Bu barədə şirkətin elan etdiyi sosial planda bildirilib. Qeyd olunub ki, son 2 ayda baş verən iğtişaşlar və hava məkanının bağlanması şirkətə ciddi ziyan vurub.
“Kaledoniya Hava Yolları” Yeni Kaledoniya arxipelaqının adaları arasında nəqliyyat əlaqəsini həyata keçirir. Şirkətin hazırda 350 əməkdaşı var.

