Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

3d324c28166333748477066171210762564.jpg

Avqustun 31-i 22:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

E3208463160242120251427537310914306.jpg

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.