Kənd Təsərrüfatı Nazirliyində YENİ TƏYİNAT

7svg5aclmj9pwsruzxglnadjhezpq93rievzmih3 1200.webp

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Nazirliyin İnformasiya Texnologiyalarının Tətbiqi və Elektron İdarəetmə Departamentinin Direktoru vəzifəsinə Aynur Qurbanlı təyin edilib.

Qeyd edək ki, A. Qurbanlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Layihələrin idarəedilməsi və texnoloji həllər şöbəsinin müdir müavini kimi çalışıb.