“Kəpəz” klubu Peyman Keşavarzi ilə yollarını ayırıb

16723172792772625711 1200x630.jpg

Gəncənin “Kəpəz” klubu futbolçusu Peyman Keşavarzi ilə yollarını ayırıb.

Avtor.az kluba istinadla xəbər verir ki, iranlı müdafiəçi ilə mövsümün sonunadək olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, futbolçu “Kəpəz”dən əvvəl “Sumqayıt” və “Səbail”in də formasını geyinib.