“Kontakt Home”un anbarından 16 800 manatlıq oğurluq

405353e54805a7124c9d35705bdb2f02 d7d24dfc7c61bd7811c2a756c4b6c630kontakthome jpg 69d3a4a859013

Xәtai rayonu, M.Hadi küçәsi 2372 ünvanında yerlәşәn “Konrakt Home” mağazasının anbarında oğurluq olub.

Qaynarinfo-nun məlumatına görə, oğurluğu anbarda fəhlə işləyən şəxs edib. O, anbardan bir neçə ədəd bahalı noutbuk oğurlayıb.

Polisə müraciətdən sonra həmin şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.2.2 vә 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlini maddi ehtiyacları ilə izah edib.

Zərəçəkmiş tərəf məhkəmədə bildirib ki, mağazaya 16 800 manat ziyan dəyib. Təqsirləndirilən şəxs ziyanı tam ödəyib.

Məhkəmənin hökmü ilə müttəhimə 3 il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası tәyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 ay 6 gün müddәt 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzrəində qәti olaraq 2 il 7 ay 14 gün müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası saxlanılıb.



Qeyd edək ki, “ABC-Telecom” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10000 AZN-dir. Şirkətin sahibi Fazil İsrafilov, qanuni təmsilçisi isə oğlu Həsən İsrafilzadədir.