Könül Nurullayeva “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib

A9212334 Ad30 46ef 8b58 A06e7d06c07d 0.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Milli Məclisin deputatı , Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti Könül Nurullayeva “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Avtor.az xəbər verir ki, millət vəkili bununla bağlı məlumat paylaşıb.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmaq mənim üçün olduqca qürurverici bir haldır. Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirəm. Azərbaycan var olduqca, Ulu Öndər Heydər Əliyev xalqın qəlbində yaşayacaqdır!

Bir daha bizlərə göstərilən dəyər və etimada görə möhtərəm cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun!”, deyə millət vəkili vurğulayıb.