Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir

Fb Img 1724045788426.jpg

Deputatlığa namizəd Könül Nurullayeva seçiciləri ilə görüşlərini davam etdirir.

Bu barədə Könül Nurullayeva öz facebook səhifəsində məlumat verib.

“Nizami rayonundan olan qəhrəman şəhidimiz Anar Qumaşovun dəyərli ailə üzvlərinə baş çəkib, onlarla söhbətləşdik, problemləri ilə maraqlandıq. Bir daha vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Azərbaycan var olduqca, şəhidlərimiz bizlərin qəlbində yaşayacaqdır!”, deyə qeyd edib.